14 iyul 2026. Çərşənbə axşamı

Robert Levandovski azarkeşlərə səsləndi


Robert Levandovski azarkeşlərə səsləndi

"Barselona"nın hücumçusu Robert Levandovski azarkeşləri komandanın son vaxtlar əldə etdiyi uğursuz nəticələrdən narahat olmamağa çağırıb.

90deqiqe.Az-ın məlumatına görə, polşalı forvard qarşıdakı matçlarda qalib gələcəklərinə inandığını bildirib.

“Oyunumuzu təhlil etməliyik. Bu həftə bizim üçün yenə çox uzun olacaq. Bununla belə, yaxşı məşq edirik. Şənbə günü "Selta" ilə oyunumuz var. Matçdan matça gedirik və qələbə qazanmağa hazırıq.

Bütün azarkeşlərdən dinclik diləyirəm, birlikdə oynayacağıq və inşallah mövsümün sonunda nəticələrimizlə sevinəcəyik. Əminəm ki, Çempionlar Liqası da daxil olmaqla bir çox matçlarda qalib gələcəyik”, - deyə Levandovski “Mundo Deportivo”ya istinadən xəbər verir.

Xatırladaq ki, “Barselona” Çempionlar Liqasının 1/8 finalında “Napoli” ilə qarşılaşacaq. Komandalar arasında ilk oyun fevralın 21-də, Moskva vaxtı ilə saat 23:00-da baş tutacaq.







Çempionlar liqası

"Sabah" Çempionlar Liqasında TNS-i məğlub etdi
  • Çempionlar liqası
  • 22:04 07.07.2026
"Sabah" Çempionlar Liqasında TNS-i məğlub etdi
"TNS ilə oyuna tam hazırıq"
  • Çempionlar liqası
  • 20:28 06.07.2026
"TNS ilə oyuna tam hazırıq"
"Əlimizdən gələni edəcəyik"
  • Çempionlar liqası
  • 20:06 06.07.2026
"Əlimizdən gələni edəcəyik"
"Sabah" – TNS matçına 3000 bilet satıldı
  • Çempionlar liqası
  • 13:15 03.07.2026
"Sabah" – TNS matçına 3000 bilet satıldı