15 may 2026. Cümə

Osimhen "Barselona" ilə ilk matçı buraxa bilər


Osimhen "Barselona" ilə ilk matçı buraxa bilər

İtaliyanın "Napoli" klubunun hücumçusu Viktor Osimhen "Barselona" klubu ilə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda meydana çıxmaya bilər.

90deqiqe.Az "Sport"a istinadən xəbər verir ki,  nigeriyalı forvard bir qədər diskomfort yaşadığı üçün “Barselona” ilə ilk oyunda iştirakı sual altındadır. Futbolçu hələ də Afrika kubokundan İtaliyaya qayıtmayıb.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin "Napoli" və "Barselona" arasında ilk oyunu 21 fevralda baş tutacaq. Onun startı Bakı vaxtı ilə saat 00:00-a planlaşdırılıb. Oyun Neapoldakı (İtaliya) Dieqo Armando Maradona stadionunda keçiriləcək. Cavab oyunu martın 12-də Kataloniyada keçiriləcək.

Bu mövsüm Osimhen neapolluların bütün turnirlərdə 18 oyununda iştirak edib, səkkiz qol və üç məhsuldar ötürmə edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 110 milyon avrodur.







Çempionlar liqası

“Bavariya” oyun tərzini dəyişməyəcək"
  • Çempionlar liqası
  • 23:23 05.05.2026
“Bavariya” oyun tərzini dəyişməyəcək"