- Çempionlar liqası
- 22:50 27.11.2025
"İnter"in baş məşqçisi Simone İnzaqi UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Atletiko" ilə ilk oyunu ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, “neradzurri”nin çalışdırıcısı komandasının ötənilki uğurunu Avropanın ən nüfuzlu klub turnirində təkrarlamaq istədiyini bildirib.
“Simeone əla komanda yoldaşı idi. Birlikdə qalib gəldik, sonra İspaniyaya qayıtdı, amma bir-birimizdən heç vaxt ayrılmadıq. Dieqo "Atletiko" ilə 13 illik əməkdaşlığı zamanı çox şey qazandı və komandaya çox yaxşı oyun aşıladı.
Son Çempionlar Liqasında qazandığımız uğurları xatırlayırıq. Futbolçular bu nəticələri təkrarlamaq istəyirlər, amma bilirik ki, burada çox güclü komandalar var.Hətta sabah axşam çox çətin rəqiblə qarşılaşmalı olacağıq. Biz “İnter”in ən yaxşı oyununu göstərməliyik”
"İnter" - "Atletiko" matçı çərşənbə axşamı, fevralın 20-də keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Ötən mövsüm İtaliya komandası Çempionlar Liqasının finalına yüksəlib və burada "Mançester Siti"yə minimal hesabla uduzub (0:1).