27 iyul 2024. Şənbə

“İnter” “Atletiko”ya, PSV “Borussiya”ya qarşı


“İnter” “Atletiko”ya, PSV “Borussiya”ya qarşı

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki oyun keçirilib. “Borussiya Dortmund” Niderlandda “PSV”nin qonaqğı olacaq.

90deqiqe.az xəbər verir ki, “İnter” “Cüzeppe Meattsa”da “Atletiko Madrid”i qəbul edəcək. İtaliya təmsilçisi D qrupunu 2-ci pillədə bitirib. “Hindular” isə qrup mərhələsini 14 xalla lider kimi başa vurub. Komandaların yerli çempionatdakı vəziyyətinə gəldikdə isə “İnter” A seriyasında 18 oyundur məğlub olmur və 63 xalla liderdir. İspaniya təmsilçisinin isə La Liqada işləri yaxşı getmir. Dieqo Simeonenin komandası hazırda 4-cü pillədədir.  Tərəflər indiyədək 2 dəfə üz-üzə gəliblər. 2010-cu ildə UEFA Superkubokunda madridlilər rəqibinə 2:0 qalib gəlib. 2018-ci ildəki yoldaşlıq oyununda isə sevinən tərəf “İnter” olub. Komandaların itkilərinə gəldikdə, Milan klubunda zədəli Françesko Açerbi və Stefano Sensinin oyunda iştirakı sual altındadır. Madrid təmsilçisində də ciddi problemlər var. Belə ki, Alvaro Morata, Sesar Aspilikueta, Tomas Lemar zədə üzündən oyunu buraxacaq. Rumıniyalı İştvan Kovacın idarə edəcəyi matçın start fiti gecə saat 12-də səslənəcək və qarşılaşma “CBC Sport”la canlı yayımlanacaq.

 

Gecənin digər oyununda “PSV” və “Borussiya Dortmund” qarşılaşacaq. Niderland təmsilçisi B qrupunda “Arsenal”ın ardından 2-ci olmuşdu. “Arılar” isə qrup mərhələsində “PSJ”, “Milan” və “Nyukaslı” qabaqlayaraq 1/8 finala vəsiqə qazanıb. Komandaların öz liqalarındakı vəziyyətlərinə gəldikdə “PSV” məğlubiyyətsiz şəkildə Niderland Erdevizyasına başçılıq edir. Bundesliqada qeyri sabit çıxış edən Dortmund təmsilçisi isə 4-cü pillədə qərarlaşıb. Komandaların öz aralarındaki oyunlara gəlincə, indiyə qədər baş tutan 3 oyunda Almaniya təmsilçisi 2 qələbə qazanıb, 1 oyunda isə bərabərlik qeydə alınıb. Onu da qeyd edək ki, Eyndhoven klubunda Noa Lanq zədə səbəbindən “Borussiya Dortmund”la matçı buraxmalı olacaq. “Sarı-qaralar”da isə Karim Adeyemi, Sebastiyen Alle, Julien Duranvil və Feliks Nmeça eyni səbəbdən meydana çıxa bilməyəcək. Gecə yarısı start götürəcək oyunu serbiyalı referi Srcan Yovanoviç idarə edəcək.

 







Çempionlar liqası

"Neftçi"nin ÇL-dakı rəqibləri bilindi
  • Çempionlar liqası
  • 15:46 05.07.2024
"Neftçi"nin ÇL-dakı rəqibləri bilindi
ÇL: "Qarabağ"ın rəqibi bəlli oldu
  • Çempionlar liqası
  • 14:20 19.06.2024
ÇL: "Qarabağ"ın rəqibi bəlli oldu