22 oktyabr 2024. Çərşənbə axşamı

“Arsenal” "Portu”nun, "Napoli" "Barselona"nın qonağı olacaq


“Arsenal” "Portu”nun, "Napoli" "Barselona"nın qonağı olacaq

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki oyun keçiriləcək. “Arsenal” "Portu”nun qonağı olacaq. “CBC Sport”la canlı yayımlanacaq matçda isə “Barselona” “Napoli” ilə üz üzə gələcək.

90deqiqe.az xəbər verir ki, “Dieqo Armando Maradona” stadionunda “Napoli” “Barselona”nı qəbul edəcək. Maraqlıdır ki, hər iki komanda üçün bu mövsüm qeyri-sabit keçir. “Barsa” La Liqada 25 turdan sonra 54 xalla üçüncü pillədə qərarlaşıb və lider “Real”dan 8 xal geri qalır. Xavinin yetirmələri ölkə kubokunda da, mübarizəni dayandırdığından Çempionlar liqasına özünü sübut emək üçün sonuncu şans kimi baxırlar. Neapol təmsilçisinin çıxışını isə fiasko adlandırmaq olar. Son İtaliya çempionu hazırda A seriyasında 9-cudur. Bütün turnirlərdə keçirdiyi son 10 oyunda cəmi 3 qələbə qazana bilən “göy-ağlar” cari mövsümdə ikinci dəfə baş məşqçisini dəyişib. Rudi Qarsiyanı göndərən “Napoli” Valter Matsari ilə də yolları ayırıb. Komandanı “Barselona” ilə matça başqa bir italiyalı mütəxəssis, hazırda Slovakiya millisinin də sükanı arxasında olan  Françesko Kalsona çalışdıracaq. Komandalar indiyə kimi rəsmi görüşlərdə 6 dəfə üz-üzə gəlib. Bu matçların 4-ü katalonların qələbəsi ilə bitibsə, 2 qarşılaşma bərabərliklə sonlanıb. Oyunöncəsi hər iki tərəfdə itkilər var. İtaliya klubunda Pyotr Zelinski, “Barsa”da isə Joao Feliş, Fernan Torres, Alexandro Balde və Serji Roberto zədəlidir.

 

Uzun müddət sonra Avropanın ən mötəbər klub turnirində mübarizə aparan “Arsenal” isə “Dragau”da “Portu”nun qonağı olacaq. B qrupunda mübarizə aparan “topçular” 13 xal toplayaraq birinci olub. Portuqaliya təmsilçisi isə 10 xalla C qrupunu ikinci bitirib. “Arsenal” son oyunlarda uğurlu çıxış edir. Çempionluq uğrunda mübarizə aparan Mikel Artetanın komandası son 6 Premyer liqa matçını qələbə ilə bitirib və bu görüşlərdə 21 qol vurub, 2 qol buraxıb.  “Portu”nun daxili arenada işləri elə də, yaxşı getmir. 48 xalla Portuqaliya çempionatında üçüncü olan “əjdahalar” lider “Sportinq” və “Benfika”dan 7 xal geri qalır. Tərəflər arasında son qarşılaşma Çempionlar liqasının 2009/2010 mövsümününün 1/8 finalına təsadüf edir. Həmin zaman londonlular rəqibini iki oyunun nəticəsinə əsasən 7-1 üstələmişdi. Ümumilikdə isə aralarındakı 6 matçda “Arsenal” 3, “Portu” isə 2 qələbə qazanıb. Bir oyun bərabərliklə bitib. Gecə yarısı başlanacaq qarşılaşmada start fitini niderlandlı baş hakim Sərdar Gözüböyük səsləndirəcək.







Çempionlar liqası

Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
Neymar yaşıl meydanlara qayıdır
  • Çempionlar liqası
  • 20:08 14.10.2024
Neymar yaşıl meydanlara qayıdır
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
  • Çempionlar liqası
  • 15:50 05.10.2024
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
  • Çempionlar liqası
  • 22:19 03.10.2024
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
“Bu, bizim üçün yaxşı nəticədir"
  • Çempionlar liqası
  • 11:24 03.10.2024
“Bu, bizim üçün yaxşı nəticədir"