26 mart 2026. Cümə axşamı

Karraqer "İnter" - “Atletiko" oyunundan danışdı


Karraqer "İnter" -  “Atletiko" oyunundan danışdı

“Liverpul”un sabiq müdafiəçisi, hazırda futbol eksperti Ceymi Karraqer “İnter”in Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk görüşündə “Atletiko” ilə oyunda (1:0) qazandığı qələbədən danışıb.

90deqiqe.Az xəbər verir ki, 46 yaşlı Karraqer "İnter"in növbəti mərhələyə keçəcəyinə inandığını bildirib.

“Dieqo Simeone “Atletiko”nu iki dəfə Çempionlar Liqasının finalına çıxarıb və La Liqanı qazanıb, lakin onun komandasının oyununu izləmək o qədər də xoş deyil."İnter"in ilk oyunda qalib gəlməsinə şadam və ümid edirəm ki, "İnter" daha da irəliləyəcək", – deyə Karrager “X” sosial şəbəkəsində (keçmiş Twitter) deyib.

Simone İnzaqinin yetirmələri Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda 1:0 hesabı ilə qalib gəlib. Neradzurrilərin ev oyununda yeganə qolu 79-cu dəqiqədə “matrasçılar”ın qapısına vuran hücumçu Marko Arnautoviç vurub.

Xatırladaq ki, Madriddə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu martın 13-də baş tutacaq.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"