5 dekabr 2025. Cümə

Lautaro Martinezdən "Atletiko" etirafı


Lautaro Martinezdən "Atletiko" etirafı

"İnter" Çempionlar Liqasının 1/8 final mərhələsində  "Atletiko"ya minimal hesabla qalib gəlib.

90deqiqe.Az xəbər verir ki, sözügedən matçdan sonra "neradzurri"nin hücumçusu Lautaro Martinez "Atletiko"ya keçməyə yaxın olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“2018-ci ildə “Atletiko Madrid” ilə müqavilə imzalamağa çox yaxın idim. Bu baş vermədi və şadam ki, “İnter”ə keçdim. Bizim əla komandamız var, biz inkişaf etməyə davam edirik, burda olmaq çox xoşuma gəlir”, - deyə Martinez X sosial şəbəkəsində (keçmiş Twitter) insayder Fabrizio Romano deyib.

Xatırladaq ki, mətbuatda yayılan məlumatlara görə, Martinez 2018-ci ildə Argentinanın “Rasinq Avellaneda” klubunda çıxış etdiyi vaxt “Atletiko Madrid”ə keçə bilərdi. Futbolçu Madrid klubu ilə müqavilə bağlamağa yaxın idi, lakin son anda "İnter" daha yaxşı şərtlər təklif edərək forvardla anlaşıb.

Madriddə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu martın 13-də baş tutacaq.

Bu mövsüm argentinalı forvard klub üçün bütün yarışlarda 32 oyun keçirib, 23 qol vurub və 5 məhsuldar ötürmə verib. Transfermarkt internet portalının məlumatına görə, hücumçunun təxmini dəyəri 110 milyon avrodur.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”