23 yanvar 2025. Cümə axşamı

"Qarabağ"ı keçmək üçün hər şeyi edəcəyik" - "Partizani"nin futbolçusu


"Qarabağ"ı keçmək üçün hər şeyi edəcəyik" - "Partizani"nin futbolçusu
"Son günlər fasiləsiz məşq edirik. Bakıdakı oyun çox çətin olacaq".

Corner.az xəbər verir ki, bu sözləri Albaniyanın "supersport" nəşrinə açıqlamasında "Partizani"nin yarımmüdafiəçisi Yasir Asani deyib. Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"la Bakıda keçirəcəkləri cavab oyunu haqda danışan yarımmüdafiəçi rəqibi keçmək üçün hər şeyi edəcəklərini bildirib: "İlk dəqiqələrdə ehtiyatlı oynayacağıq. Çünki "Qarabağ" güclü komandadır. Onları əks-hücumlarda yaxalamaq istəyirik. Mərhələni keçmək üçün mümkün olan hər şeyi edəcəyik. Düşünürəm ki, şanslar bərabərdir. Bizim də yaxşı komandamız var. Əsas məsələ qələbə qazanmaqdır. Yenə hamını təəccübləndirməliyik".

Sonda isə Asani bildirib ki, "Partizani"dəki gələcəyi "Qarabağ"la cavab oyunundan asılı olacaq.

Qeyd edək ki, iyulun 17-də "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Partizani" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Albaniyadakı ilk qarşılaşmada hesab açılmayıb





Çempionlar liqası

"Oyuna daha inamlı nəzarət etməliyik"
  • Çempionlar liqası
  • 14:27 22.01.2025
"Oyuna daha inamlı nəzarət etməliyik"
"Qvardiola həmişə yenilikçi olub”
  • Çempionlar liqası
  • 20:43 21.01.2025
"Qvardiola həmişə yenilikçi olub”
"Çempionlar Liqasında oynamaq arzusunda idim"
  • Çempionlar liqası
  • 20:14 21.01.2025
"Çempionlar Liqasında oynamaq arzusunda idim"
"Real Madrid"də ən yaxşı anımı yaşayıram"
  • Çempionlar liqası
  • 17:27 21.01.2025
"Real Madrid"də ən yaxşı anımı yaşayıram"
"Məqsədimiz Çempionlar Liqasını qazanmaqdır"
  • Çempionlar liqası
  • 21:49 20.01.2025
"Məqsədimiz Çempionlar Liqasını qazanmaqdır"