30 iyun 2026. Çərşənbə axşamı

Çempionlar Liqası: “Arsenal” məğlub oldu, "Napoli" və "Barselona"dan bərabərlik


Çempionlar Liqası: “Arsenal” məğlub oldu, "Napoli" və "Barselona"dan bərabərlik

Çempionlar Liqası: “Arsenal” minimal hesabla məğlub olub.

İtaliyanın "Napoli" futbol klubu Çempionlar Liqasının 1/8 final mərhələsinin ev oyununda İspaniyanın "Barselona" klubu ilə 1:1 hesablı heç-heçə edib.

90deqiqe.az xəbər verir ki, görüş Neapolda baş tutan matçda Robert Levandovski hesabı açsa da, meydan sahiblərinin hücumçusu Viktor Osimhen bərabərlik qolunu vuraraq cavab matçına intriqanı saxlayıb. 

Günün digər oyununda isə Portuqaliyanın “Portu”su evdə İngiltərə “Arsenal”ına minimal hesabla qalib gəlib - 1:0. Qaleno yeganə qolun müəllifi olub.

Cavab oyunları martın 12-də müvafiq olaraq Barselona və Londonda keçiriləcək.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu