26 mart 2026. Cümə axşamı

"Arsenal"ı Londonda da məğlub etməyə çalışacağıq"


"Arsenal"ı Londonda da məğlub etməyə çalışacağıq"

"Portu"nun vingeri Qaleno Çempionlar Liqasının 1/8 final mərhələsinin "Arsenal"la ilk oyununda (1:0) komandasının qələbəsindən duyduğu emosiyaları bölüşüb. 

90deqiqe.Az xəbər verir ki, 26 yaşlı futbolçu növbəti mərhələyə adlamaq üçün hər şeylərini verəcəklərini bildirib.

“Düşünürəm ki, qələbə qolunun krediti bütün komandaya, matç boyu bütün əməyimizə gedir. Yaxşı oynadıq, yaxşı müdafiə olunduq, meydanda əlimizdən gələni verdik.Mən çox xoşbəxtəm. Çalışacağıq ki, evdə əldə etdiyimizi Londonda da təkrar edək. Biz güclü qalacağıq və həmişə olduğu kimi, əlimizdən gələni edəcəyik”, - UEFA-nın mətbuat xidməti Qalenonun sözlərini sitat gətirir.

 Sözügedən matçın yeganə qolunu 90+4-cü dəqiqədə braziliyalı vurub.

Komandaların cavab oyunu  martın 12-də Londonda, Emirates Stadiumunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Rəqiblər sonuncu dəfə Çempionlar Liqasının pley-off matçında 14 il əvvəl qarşılaşıblar. Daha sonra komandalar 1/8 final mərhələsində ən güclüləri müəyyən ediblər. Ev matçında "Portu" "Arsenal"ı məğlub edib - 2:1, cavab oyununda isə "topçular" portuqaliyalıları 5:0 hesabı ilə məğlub edib.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"