15 avqust 2026. Şənbə

UEFA “Bavariya”nı cərimələdi


UEFA “Bavariya”nı cərimələdi

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) İntizam Komitəsi  “Bavariya”nı cərimələyib.

90deqiqqe.Az xəbər verir ki, buna səbəb Münhen klubunun azarkeşlərinin Çempionlar Liqasının 1/8 final mərhələsinin İtaliya “Latsio”su ilə ilk oyunundakı davranışları olub.  “Bavariya” klubu buna görə 50 min avro cərimələyib.

“Bavariya”nın komandanın azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsinə görə 40 min avro, eləcə də azarkeşlərin meydançaya yad əşyalar atmasına görə 10 min avro cərimə olunduğu bildirilir. UEFA “Bavariya”ya təşkilatın himayəsi altında növbəti səfər matçı üçün azarkeşlərə bilet satmağı da qadağan edib.

Xatırladaq ki, “Bavariya” bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsinə yüksələrək “Kopenhagen”, “Mançester Yunayted” və “Qalatasaray”la qrupun ən güclüsü olub. “Latsio” da öz növbəsində “Atletiko”, “Feyenoord” və “Seltik”lə dördlüyü tərk edib.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu