1 fevral 2026. Bazar günü

Markinyos “Real Sosyedad”la matçı buraxa bilər

zədə səbəbindən


Markinyos “Real Sosyedad”la matçı buraxa bilər

PSJ-nin müdafiəçisi Markinyos Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçını buraxa bilər.

90deqiqqe.Az xəbər verir ki, bu barədə beIN Sports məlumat yayıb.

Markinyos baldırından aldığı zədə səbəbindən Paris klubunun bugünkü məşqini buraxıb. Klubda onun Çempionlar Liqasının 1/8 final mərhələsinin "Real Sosyedad"la cavab oyununda iştirakına şübhə var. O da bildirilir ki, müdafiəçi PSJ-nin 2024-cü il martın 1-də keçiriləcək Liqa 1-in 24-cü turunun “Monako” ilə qarşıdakı matçını buraxmaq ehtimalı yüksəkdir.

Xatırladaq ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ və “Real Sosyedad” arasında keçirilən ilk oyunu parislilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu görüşdə qolları Kilian Mbappe və Bredli Barkola vurub. Cavab oyunu 2024-cü il martın 5-də keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”