29 iyun 2026. Bazar ertəsi

Qarabağ'ın gücünə bələdik - kosovalı futbolçu


Qarabağ'ın gücünə bələdik - kosovalı futbolçu

"İlk oyunda baş məşqçi mənə az da olsa şans verdi. Ümid edirəm ki, əsas heyətdə özümə yer tapacağam. Bu, hələ başlanğıcdır. Komandada özümü kifayət qədər yaxşı hiss edirəm. "Partizani" əla klubdur. İnanıram ki, bu mövsüm çempion olacağıq".

Corner.az Albaniya mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Partizani"nin yarımmüdafiəçisi Ron Broya deyib. Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində sabah "Qarabağ"la keçirəcəkləri cavab oyunu haqda danışan kosovolu futbolçu matça ciddi hazırlaşdıqlarını söyləyib:


"Çətin oyun olacağını bilirik. Çünki "Qarabağ"ın gücünə bələdik. Oyuna çox yaxşı hazırlaşmışıq və hesab edirəm ki, mərhələni keçə bilərik".

Qeyd edək ki, sabah "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Partizani" oyunu yerli vaxtla 21:00-da başlayacaq. Albaniyadakı ilk matçda hesab açılmamışdı.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu