5 dekabr 2025. Cümə

Asiya Çempionlar Liqasında 1/4 finalın ilk qarşılaşması keçirlib


Asiya Çempionlar Liqasında 1/4 finalın ilk qarşılaşması keçirlib

Asiya Çempionlar Liqasında 1/4 finalın ilk qarşılaşması keçirlib.

90deqiqe.az xəbər verir ki, “Əl-Ayn” doğma meydanda “Əl-Nəsr”lə üz-üzə gəlib. Oyuna sürətli hücumlarla start verən Birləşmiş Ərəb Əmirlikləri komandasından Sufian Rəhimi fərqlənməyə yaxın olsa da, David Ospina reaksiyası ilə qolun qarşısını alıb. 44-cü dəqiqədə meydan sahibləri bu dəfə istəklərinə çatıblar. Qapıçı ilə təkbətək dueldən qalib ayrılan Rəhimi bu dəfə məqsədinə nail olub. Cəmi bir dəqiqə sonra Kriştianu Ronaldu fərqlənməyə yaxın olsa da, rəqib qolkiper Xalid Eisa sayıqlığı əldən verməyib. İlk hissə bu hesabla yekunlaşıb. 80-ci dəqiqədə Ronaldo yenidən yaxşı fürsət əldə edib, lakin Eisa əla reaksiya ilə komandasını real qoldan xilas edib. Qarşılaşmada sonuncu yaddaqalan məqam isə 90+4 cü dəqiqəyə təsadüf edib. Hakim VAR-a baxdıqdan sonra qonaqlardan Emerik Laportu meydandan qovub. “Əl-Ayn” 1, “Əl-Nəsr” 0.

Komandaların cavab görüşü martın 11-də keçiriləcək. Mərhələ adlayacaq kollektiv Asiya Çempionlar Liqasının yarımfinalında “Əl-Hilal” - “Əl-İttihad” matçının qalibi ilə qarşılaşacaq. Qeyd edək ki, ¼ finalın ilk qarşılaşmalarına martın 6-sı yekun vurulacaq.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”