22 oktyabr 2024. Çərşənbə axşamı

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsində cavab qarşılaşmaları keçiriləcək


Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsində cavab qarşılaşmaları keçiriləcək

“Alianz Arena”da “Bayern Münhen” “Latsio”nu qəbul edəcək. Fevralın 15-i “Stadio Olimpiko”da keçirilən ilk görüşdə Almaniya nəhənginə minimal hesabla qalib gələn “qartallar” Almaniyadakı matç öncəsi üstün mövqedədir. Maraqlıdır ki, ilk oyunda bavariyalılar İvan Psovedelin qoruduğu qapıya bir dəfə belə dəqiq zərbə endirə bilməmişdilər. Komandaların daxili çempionatlarındakı vəziyyətə gəldikdə isə, hər iki kollektivin işlərini onların iddialarını nəzərə alaraq qənaətbəxş saymaq olmaz. Almaniya Bundesliqasında son 5 görüşdə cəmi 2 qələbə qazanan “Bayern” son matçda “Frayburq”la heç-heçə edib. Hazırda 54 xalla 2-ci olan Münhen təmsilçisi “Bayer Leverkuzen”dən 10 geri qalır. 40 xalla İtaliya A Seriyasında 9-cu yerdə olan “Latsio” isə münhenlilərlə ilk görüşdən sonra çıxdığı 4 qarşılaşmanın 3-də meydanı məğlub tərk edib. Maurisio Sarrinin yetirmələri sonuncu turda Romada “Milan”a 0:1 məğlub olublar. Almaniya təmsilçisində Saşa Boey, Kinqsli Koman, Nussair Mazraui, Qabriel Maruşiç, Leroy Sane, Buna Sarr kimi oyunçular zədəli, Dayot Upamekano isə cəzalıdır. Serj Qnabrinin isə meydana çıxacağı sual altındadır. Qarşı cəbhədə Patrik və Nikolo Rovella görüşü buraxmalı olacaqlar.

İlk görüşdə “Real Sosyedad”a 2 cavabsız qolla qalib gələn “Paris-Sen Jermen” San-Sebastyana favorit qismində yollanıb. İspaniya Kubokunun yarımfinalında “Malyorka”ya 2 görüşün cəmində məğlub olan və aktivində 40 xalla La Liqada 7-ci yerdə mövqe alan “ağ-mavilər” bütün diqqətini Çempionlar Liqasına yönəldib. İmanol Aquasilin yetirmələri ölkə çempionatının 27-ci turunda səfərdə “Sevilya” ilə bacarmayıblar. Paris təmsilçisi isə bütün turnirlər daxil olmaqla, 20 görüşdür uduzmur. Meydan sahiblərinin heyətində Karlos Fernandez, Martin Merquelans, Ayhen Munoz və Alvaro Odriozola zədə səbəbi ilə iştirak edə bilməyəcəklər, Ander Barreneçeanın vəziyyətinə isə hələ aydınlıq gəlməyib.  PSJ-də Presnel Kimpembe, Larvin Kurzava, Markinyos, Sexio Riko və Martin Şkinyar zədəlilər siyahısındadır. Danilo Pereyranın oynaması isə sual altındadır. Gecəyarısı start götürəcək oyunun idarəçiliyi İngiltərəli Maykl Oliverə tapşırılıb. Qarşılaşma “Reale Arena”da təşkil olunacaq.







Çempionlar liqası

Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
Neymar yaşıl meydanlara qayıdır
  • Çempionlar liqası
  • 20:08 14.10.2024
Neymar yaşıl meydanlara qayıdır
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
  • Çempionlar liqası
  • 15:50 05.10.2024
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
  • Çempionlar liqası
  • 22:19 03.10.2024
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
“Bu, bizim üçün yaxşı nəticədir"
  • Çempionlar liqası
  • 11:24 03.10.2024
“Bu, bizim üçün yaxşı nəticədir"