27 iyul 2024. Şənbə

Tomas Tuxel: "Bu məğlubiyyətlərlə razılaşmaq çətindir"


Tomas Tuxel: "Bu məğlubiyyətlərlə razılaşmaq çətindir"

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsində cavab qarşılaşmaları keçiriləcək.

Oyundan əvvəl “Bayern Münhen”in baş məşqçisi Tomas Tuxel bu sözləri səsləndirib.

"Özümü uğursuz biri kimi hiss edirəm. Şəxsən bu məğlubiyyətlərlə razılaşmaq çətindir.  Özümə qarşı qoyduğum tələbləri qarşılaya bilmirəm. Lakin həyatda hər şey dərsdir. Düzdür, bu işin  müsbət tərəflərini görmək çətindir. Çətinlikləri qəbul etmək, pozitiv qalmaq vacibdir. Yaşadığımız hadisələr normal deyil. Futbol mənim ən böyük sevgimdir, heç vaxt  bunu iş kimi görməmişəm. Son ana qədər 100 faiz gücümlə “Bayern”ə mümkün ən yaxşı nəticələri qazandırmağa çalışacağam. Herri Keyn paltardəyişmə otağında çox danışan deyil, lakin özünə əminliyi diqqətcilliyi ilə seçilir. Bu da komandamıza müsbət təsir göstərir. Onun kimi futbolçu ilə işlədiyim üçün məmnunam, onun xarakterində idmançılar məşqçilər üçün əsl hədiyyədir.Bu gün də meydanda ən yaxşısını edəcəyindən əminəm".

Sloveniyalı Slavko Vinçiçin idarə edəcəyi “Bayern” – “Latsio” görüşü gecə yarısı 12-də başlayacaq.







Çempionlar liqası

"Neftçi"nin ÇL-dakı rəqibləri bilindi
  • Çempionlar liqası
  • 15:46 05.07.2024
"Neftçi"nin ÇL-dakı rəqibləri bilindi
ÇL: "Qarabağ"ın rəqibi bəlli oldu
  • Çempionlar liqası
  • 14:20 19.06.2024
ÇL: "Qarabağ"ın rəqibi bəlli oldu