27 iyul 2024. Şənbə

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsində daha iki cavab qarşılaşması keçiriləcək


Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsində daha iki cavab qarşılaşması keçiriləcək

“Santiaqu Bernabeu”da “Real Madrid” “Leypsiq”lə üz-üzə gələcək. Almaniyada baş tutan ilk görüş kifayət qədər maraqlı və gərgin keçmişdi. “Kral klubu” Braim Diazın ikinci hissənin əvvəlində vurduğu qolla cavab matçı öncəsi üstün tərəfdir. Karlo Ançelottinin yetirmələri üçün bu mövsümün uğurlu keçdiyini deyə bilərik. Komanda cari təqvim ilində bütün turnirlərdə yalnız iki görüşdə uduzub. Madrid təmsilçisi 66 xalla İspaniya çempionatında turnir cədvəlinə rəhbərlik edir və ən yaxın izləyicisi “Jirona”nı 7 xal qabaqlayır. Qeyri-stabil çıxış edən “Leypsiq” isə hazırda Bundesliqada 5-ci pillədə qərarlaşıb. Marko Rozenin komandası axırıncı oyunlarda elə də, yaxşı çıxış etmir. “Qırmızı-ağlar” son 10 çempionat görüşündə 4 qələbə, 2 bərabərlik müqabilində 4 oyunda məğlub olub. Almaniya təmsilçisi qarşılaşmaya itkilərlə hazırlaşır. Komandanın əsas müdafiəçilərindən Lukas Klostermann zədə səbəbindən, Mohammed Simakan isə sarı vərəqə cəzasına görə matçda iştirak etməyəcək.

“Kopenhagen” səfərində 3-1 hesablı qələbə qazanan “Mançester Siti” ev görüşündə də, favorit sayılır.  Ötən “mövsüm “qızıl het-trik”ə imza atan “şəhərlilər” yenə bütün turnirlərdə iddialıdır. Pep Qvardiolanın komandası məğlubiyyət acısı yaşamadığı son 12 matçın 11-də qələbə qazanıb. “Siti”nin növbəti qarşılaşması Premyer liqada lider ”Liverpul”a qarşı olacaq. Buna görə onlar bu görüşə rotasiya olunmuş heyətlə də, çıxa bilərlər. “Kopenhagen” isə Danimarka liqasında üçüncüdür və birinci pillədəki  “Mityulan”dan 3 xal geri qalır. İlk qarşılaşmada güclü rəqibinə ciddi müqavimət göstərməsinə baxmayaraq, “şirlər”in bu dueldə şansları təbii olaraq aşağı qiymətləndirilir. Gecəyarısı start götürəcək “Mançester Siti” - “Kopenhagen” oyununda ədaləti norveçli Espen Eskos qoruyacaq.







Çempionlar liqası

"Neftçi"nin ÇL-dakı rəqibləri bilindi
  • Çempionlar liqası
  • 15:46 05.07.2024
"Neftçi"nin ÇL-dakı rəqibləri bilindi
ÇL: "Qarabağ"ın rəqibi bəlli oldu
  • Çempionlar liqası
  • 14:20 19.06.2024
ÇL: "Qarabağ"ın rəqibi bəlli oldu