26 mart 2026. Cümə axşamı

Kriştiano Ronaldo klub karyerasında 750-ci qolunu vurdu


Kriştiano Ronaldo klub karyerasında 750-ci qolunu vurdu

AFC Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu penaltilər seriyasında “Əl Ayn”a uduzaraq mübarizəni dayandırıb.

90deqiqe.Az xəbər verir ki, sözügedən matçda 118-ci dəqiqədə penaltidən fərqlənən "Əl-Nəsr"in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo kayerasında 750-ci (Portuqaliya millisi də daxil olmaqla 878-ci) qolunu vurub.

Görüş Ər-Riyadda (Səudiyyə Ərəbistanı) Əl-Avval Park stadionunda keçirilib. Penaltilər seriyasında (2:3 - əsas vaxt, 1:1 - əlavə vaxt, 4:1 - penaltilər seriyası) "Əl Nəsr"i məğlub edən "Əl Ayn" turnirin yarımfinalına yüksəlib. İlk görüş 1:0 hesabı ilə BƏƏ yığmasının xeyrinə başa çatıb.

39 yaşlı forvard 2022-ci ilin dekabr ayının sonunda azad agent kimi “Mançester Yunayted”dən Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçib. Bu mövsüm forvard "Əl-Nəsr"in heyətində bütün turnirlərdə 32 oyun keçirib və 29 qol vurub və 11 məhsuldar ötürmə edib. Hücumçunun Səudiyyə klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 15 milyon avrodur.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"