- Çempionlar liqası
- 15:40 31.01.2026
Qarabağ'ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Partizani"yə 2:0 hesabı ilə qalib gəldikləri matçı şərh edib.
Corner.az-ın məlumatına görə, o, oyun bitən kimi "CBC Sport"a müsahibəsində bildirib: "Qələbəyə layiq idik. Ağır, amma maraqlı oyun oldu. Dünən də demişdim, səbirli oynamalıyıq. Çətin komanda idi. "Partizani" avrokuboklarda indiyədək ilk mərhələdə qarşılaşdığımız rəqiblər arasında ən çətini idi".
Qeyd edək ki, Ağdam təmsilçisi ikinci təsnifat mərhələsində "Riqa" - "Dandolk" cütünün qalibi ilə üz-üzə gələcək.