- Çempionlar liqası
- 15:40 31.01.2026
“Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi bəlli olub.
Corner.az xəbər verir ki, Ağdam təmsilçisi növbəti mərhələdə İrlandiya çempionu “Dandalk”la üz-üzə gələcək.Sözügedən komanda 1-ci təsnifat mərhələsində Latviyanın “Riqa” klubu ilə dueldən qələbə ilə ayrılıb.
İrlandiyada baş tutan ilk oyunda hesab açılmamışdı.Riqada keçirilən cavab görüşünün də əsas vaxtı qolsuz başa çatıb. Tərəflər əlavə yarım saatda da hesab açılmayıb və qalibin müəyyənləşdirilməsi üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Dandalk” klubu növbəti mərhələyə vəsiqə qazanıb. – 5:4.
Qeyd edək ki, ÇL-in 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 23-24-də, cavab qarşılaşmaları isə ayın 30-31-də baş tutacaq. Oyunların dəqiq tarixi isə qarşıdakı günlərdə məlum olacaq. Püşkə əsasən, “Qarabağ” bu mərhələdəki ilk matçını da səfərdə, cavab oyununu Bakıda keçirməlidi.