27 iyul 2024. Şənbə

Çempionlar Liqasında son iki klub bəlli olacaq


Çempionlar Liqasında son iki klub bəlli olacaq

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində son iki qarşılaşma keçiriləcək.

“Atletiko Madrid” doğma “Vanda Metropolitano”da “İnter”i qəbul edəcək. İtaliyada keçirilən ilk dueldə Milan kollektivi Marko Arnautoviçin yeganə qolu ilə minimal hesabla qələbəni bayram edib. Komandaların yerli çempionatdakı matçlarına nəzər salsaq, “madridlilər” La Liqanın son turunda gözlənilmədən “Kadiz”ə 2 cavabsız topla məğlub olub. Bütün turnirlər daxil olmaqla Dieqo Simeonenin yetirmələri son 10 matçdan cəmi 3-də meydanı gülərüz tərk ediblər. Qarşı cəhbədə isə vəziyyət olduqca yaxşıdır. “Neradzurri” bütün turnirlər daxil olmaqla 15 görüşdür uduzmur. Simone İnzaqinin futbolçuları səfər görüşlərindəki üstün oyunu ilə diqqət çəkirlər. Kollektiv sonuncu dəfə 2023-cü ilin may ayında Neapol səfərində məğlubiyyətə düçar olub. Meydan sahiblərinin heyətində Xose Maria Ximenez, Sezar Aspilukueta, Toma Lemar və Vitolo zədə səbəbindən oyunu buraxmalı olacaqlar. “İnter”də isə ötən matçdakı qolun müəllifi Marko Arnautoviç, həmçinin Karlos Auqusto, Xuan Kuadrado və Stefano Sensi zədəlilər siyahıyasında qeydə alınıb. Polşalı Şimon Marçinyakının idarə edəcəyi görüşün start fiti gecəyarı səslənəcək 

Gecənin digər görüşü Almaniyada təşkil olunacaq. Burada “Borussiya Dortmund” doğma azarkeşləri önündə “PSV Eyndhoven”i sınağa çəkəcək. “Filips stadionu”nda keçirilən ilk qarşılaşmada 1:1 hesablı bərabərlik qeydə alınıb. Dortmund təmsilçisi ötən mövsümlə müqayisədə hazırda o qədər də stabil oyun sərgiləmir. Edin Terziçin komandası 25 turdan sonra 13 qələbə, 8 bərabərlik və 4 məğlubiyyətdən 47 xal toplayaraq 4-cü pillədədir. Niderland klubu isə Eredeviziyadə yoluna məğlubiyyətsiz davam edir. Ölkə çempionatında ən yaxın izləyicisi “Feyenord”a 10 xallıq fərq atan “Eydhovenlilər” kubokda uduzaraq mübarizənin dayandırdığı üçün bütün diqqətini qitənin ən nüfüzlü klub turnirinə yönəldib. Meydan sahiblərində Niko Şlotterbek və Sebastian Alle matçı buraxa bilərlər. PSV-də isə ciddi itki yoxdur. Bakı vaxtı ilə gecəyarısı start götürəcək görüşün idarəçiliyi italiyalı Daniele Orsatoya tapşırılıb.

 







Çempionlar liqası

"Neftçi"nin ÇL-dakı rəqibləri bilindi
  • Çempionlar liqası
  • 15:46 05.07.2024
"Neftçi"nin ÇL-dakı rəqibləri bilindi
ÇL: "Qarabağ"ın rəqibi bəlli oldu
  • Çempionlar liqası
  • 14:20 19.06.2024
ÇL: "Qarabağ"ın rəqibi bəlli oldu