5 dekabr 2025. Cümə

Simeone İnzaqi : "Biz yaxşı oynamalı və fərq yaratmalıyıq"


Simeone İnzaqi : "Biz yaxşı oynamalı və fərq yaratmalıyıq"

90deqiqe.az xəbər verir ki, bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində son iki qarşılaşma keçiriləcək. “Borussiya Dortmund” doğma azarkeşlər önündə “PSV Eyndhoven” ilə münasibətlərə aydınlıq gətirəcək. Digər görüşdə isə “Atletiko Madrid” “İnter”lə üz-üzə gələcək. 

"İnter"in baş məşqçisi Simeone İnzaqi minimal üstünlüyün ciddi fərq olmadığını bildirib.

“Biz bilirik ki, keyfiyyətli rəqibə qarşı çətin oyuna çıxacıyıq. Atletiko doğma meydanda daha fərqli futbol sərgiləyir. Onlar İspaniya çempionatında keçirdikləri maçlara baxanda bunu söyləmək olar. Milanda əldə etdiyimiz minimal üstünlüyə baxmayaraq, bu matça da qələbə əzmində çıxmalıyıq. Əvvəldən öz oyunumuzu oynamağa çalışacağıq. Madrid klubunun özünə xas oyunu məni təəcübləndirir. Onlar aqressiv oynadıqları vaxta, anidən sakit futbola da keçə bilirlər. Çətin anları yaxşı idarə etməli olacağıq. Biz yaxşı oynamalı və fərq yaratmalıyıq”.

Qeyd edək ki, Polşalı Şimon Marçinyakının idarə edəcəyi görüşün start fiti gecəyarısı səslənəcək. 







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”