30 iyun 2026. Çərşənbə axşamı

Xavi "Barselona"nın ÇL-dakı şanslarını dəyərləndirib


Xavi "Barselona"nın ÇL-dakı şanslarını dəyərləndirib

"Barselona"nın baş məşqçisi Xavi Hernandes komandasının Çempionlar Liqasının 1/4 finalındakı şanslarını dəyərləndirib.

90deqiqe.Az xəbər verir ki, ispan çalışdırıcı rəqiblərini səbrsizliklə gözlədiklərini bildirib.

 “1/4 finaldakı bütün mümkün rəqiblərimiz çox, çox güclüdür. Püşkatmaya birlikdə baxacağıq və kimin qalib gələcəyini səbirsizliklə gözləyəcəyik. Ümid edirəm ki, ən yaxşı səviyyədə çıxış edə biləcəyik”

“Göy qranatlılar” bu mərhələdəki rəqibini sabahkı püşkatmadan bir gün sonra müəyyən edəcək.

"Barselona"nın Çempionlar Liqasının 1/4 final mərhələsindəki mümkün rəqibləri bunlardır: "Real Madrid", "Arsenal", "Mançester Siti", PSJ və "Bavariya". Qalan iki 1/4 finalçı bu gün "Atletiko Madrid" - "İnter" və PSV - "Borussiya Dortmund" matçlarında müəyyənləşəcək.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu