26 mart 2026. Cümə axşamı

Bütün komandalar ciddi rəqiblərdir - Araz Abdullayev


Bütün komandalar ciddi rəqiblərdir - Araz Abdullayev

Qarabağ'ın yarımmüdafiəçisi Araz Abdullayev Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani"yə 2:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb. Corner.az-ın məlumatına görə, o, əvvəlcə oyun haqda danışıb.

- Rəqib komanda çox intizamlı müdafiə olunurdu. Belə müdafiəni yarmaq heç də asan deyil. Amma  biz bunu komanda şəklində bacardıq. Bütün "Qarabağ" azarkeşlərini təbrik edirəm. 

- Zaman keçdikcə həyəcan sizi daha da boğurdumu? Yoxsa, sakitlik öz yerindəydi?

- Komandada danışmışdıq ki, qol vura bilməsək də, tələsməyəcəyik. Sonadək səbrli olacağıq.

- "Vorskla"ya qarşı tək hücumçu kimi oynamışdın. Bəs, bu gün özünü bu mövqedə narahat hiss etmirdin?

- Xeyr, məşqçi harada məsləhət görürsə, çalışıram ki, o mövqedə özümü doğruldum. Bildiyiniz kimi rəqib komanda çox müdafiə olunurdu. Çalışırdım ki, daha çox boş hissə buraxsınlar.

- Qarşıdakı rəqib "Dundalk" olacaq. İrlandiya komandasının yox, Riqa təmsilçisinin olmasını istərdinizmi?

- Bütün komandalar ciddi rəqiblərdir. Yaxşı hazırlaşmalıyıq ki, bu mərhələni də keçək.

- Favorit "Qarabağ" olacaq. Mərhələni keçmək real görünürmü?

- Əvvəlcədən heç nə demək istəmirəm. Amma qalib gəlmək üçün hazırlaşacağıq.(qol)







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"