- Çempionlar liqası
- 22:50 27.11.2025
Bu gün UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub.
Corner.az xəbər verir ki, son oyun günündə 10 görüş keçirilib.Bu turnirdəki yeganə təmsilçimiz "Qarabağ" "Dalğa Arena"da "Partizani"ni qəbul edib. Ağdam klubu 2:0 hesabı ilə qələbə qazanaraq 2-ci mərhələdə İrlandiyanın "Dundalk" klubuna rəqib olub.
"Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı "Astana" isə Rumıniyada Kluj ÇFR-in qonağı olub. İlk görüşdə 1:0 qalib gələn Qazaxıstan təmsilçisi bu dəfə 1:3 məğlub olaraq ÇL-da mübarizəni dayandırıb.
Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin cavab oyunları
17 iyul
“Riqa” (Latviya) 0-0 “Dundalk” (İrlandiya) (penaltilər - 4:5)
İlk oyun - 0:0
“Qarabağ” (Azərbaycan) 2-0 “Partizani” (Albaniya)
İlk oyun - 0:0
AİK (İsveç) 3-1 “Ararat” (Ermənistan)
İlk oyun - 2:1
"Rusenborq” (Norveç) 4-0 “Linfild” (Şimali İrlandiya)
İlk oyun - 0:2
“Ludoqorets” (Bolqarıstan) 2-3 “Ferensvaroş” (Macarıstan)
İlk oyun - 2:1