22 aprel 2026. Çərşənbə

ÇL: Həftənin ən yaxşı oyunçusu bəlli oldu


ÇL: Həftənin ən yaxşı oyunçusu bəlli oldu

 UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin matçlarından sonra həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.

90deqiqe.Az xəbər verir ki, bu ada “Atletiko Madrid”in qapıçısı Yan Oblak layiq görülüb.

 Xatırladaq ki, "İnter"lə Çempionlar Liqasının 1/8 finalında (2:1, qələmlə 3:2) Oblak üç seyv edib, həmçinin penaltilər seriyasında iki zərbəni dəf edib, bunun sayəsində döşəkçilər növbəti mərhələyə vəsiqə qazana biliblər.

Sloveniyalı qolkiper PSV ilə oyunda  qol vuran Dortmund "Borussiya"sının cinah yarımmüdafiəçisi Ceydon Sanço, "Napoli" ilə matçda özünü yaxşı tərəfdən göstərən "Barselona"nın mərkəz müdafiəçisi Pau Kubarsi və "Portu" ilə oyunda üç seyv edən "Arsenal"ın qapıçısı David Raya ilə mübarizə aparıb







Çempionlar liqası