15 avqust 2026. Şənbə

"Barselona" ilə qarşıdurmamızda favorit yoxdur"


"Barselona" ilə qarşıdurmamızda favorit yoxdur"

PSJ-nin müdafiəçisi Markinyos "Barselona" ilə qarşılaşacağı Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, braziliyalı futbolçu rəqiblərinin necə oynadıqlarını bildiklərini bildirib.

“Düşünürəm ki, “Barselona” ilə qarşıdurmamızda favorit yoxdur. Rəqibimizin necə oynadığını anlamaq üçün onu öyrənmək vacib olacaq. Bununla belə, diqqət özümüzdə olmalıdır. “Real Sosyedad”la iki oyunluq qarşıdurma zamanı gücümüzü və dəyərlərimizi göstərdik”

Xatırladaq ki, komandalar arasında ilk oyun aprelin 10-da Parisdə, cavab oyunu aprelin 16-da Barselonada keçiriləcək.







Çempionlar liqası

PSJ UEFA Super Kubokunun qalibi oldu
  • Çempionlar liqası
  • 00:58 13.08.2026
PSJ UEFA Super Kubokunun qalibi oldu