26 mart 2026. Cümə axşamı

Dundalk Bakıya 150 minə gələcək


Dundalk Bakıya 150 minə gələcək

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan İrlandiyanın “Dundalk” klubu Bakıya səfər etmək üçün uzun yol qət etməli olacaq.

Corner.az xəbər verir ki, “İndependent” nəşri yazıb ki, komanda Bakıya çarter reysi ilə getməli olacaq.

“Bunun üçün klub 150 min avro ödəyəcək. Əlavə etmək lazımdır ki, Çempionlar Liqasının birinci mərhələsində Latviyada “Riqa” üzərində penaltilər seriyasındakı dramatik qələbədən sonra klub 400 min avro gəlir əldə edib” – deyə bildirilib.

Xatırladaq ki, “Qarabağ”la “Dundalk” arasında ilk matç iyulun 24-ü səfərdə, cavab qarşılaşması iyulun 31-i Bakıda olacaq.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"