22 dekabr 2025. Bazar ertəsi

Gündoğan “Mançester Siti”ni seçdi


Gündoğan “Mançester Siti”ni seçdi

"Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan Çempionlar Liqasının finalına yüksələcəyi təqdirdə, həlledici matçda qarşılaşmaq istədiyi klubun adını açıqlayıb.

90deqiqe.Az "Diario Spor"a istinadən xəbər verir ki, 33 yaşlı futolçu finalda sabiq komandası "Mançester Siti" ilə oynamaq istədiyini bildirib.

"Finalda “Mançester Siti” ilə oynamaq arzusundayam? Əlbəttə! Biz birinci olaraq “Barselona” ilə finala çıxmaq istəyirik və rəqib kimi kiminlə qarşılaşmağın fərqi yoxdur. Amma bəli, “Siti” qeyri-adi komandadır, mənə elə gəlir ki, onların finala çıxmaq üçün ən yaxşı şansları var”

Xatırladaq ki, “Barselona” Çempionlar Liqasının 1/4 finalında PSJ ilə qarşılaşacaq. “Mançester Siti”nin rəqibi “Real Madrid”dir. Yarımmüdafiəçi 2023-cü ilin yayından "Barselona"ya məxsusdur. Bu mövsüm oyunçu bütün turnirlərdə 43 oyun keçirib, o, tərəfdaşları üçün 5 qol vurub və 10 məhsuldar ötürmə edib.







Çempionlar liqası

UEFA "Bavariya"nı iki oyuna görə cəzalandırdı
  • Çempionlar liqası
  • 23:21 17.12.2025
UEFA "Bavariya"nı iki oyuna görə cəzalandırdı
“Hakimin səhvi bütün oyunu pozdu”
  • Çempionlar liqası
  • 22:39 12.12.2025
“Hakimin səhvi bütün oyunu pozdu”
“Qol vurmaq bizim üçün ən çətin idi”
  • Çempionlar liqası
  • 13:28 11.12.2025
“Qol vurmaq bizim üçün ən çətin idi”
"Qarabağ" üç pillə gerilədi
  • Çempionlar liqası
  • 11:59 11.12.2025
"Qarabağ" üç pillə gerilədi
Çempionlar Liqasında VI tura yekun vuruldu
  • Çempionlar liqası
  • 02:14 11.12.2025
Çempionlar Liqasında VI tura yekun vuruldu