5 dekabr 2025. Cümə

Çempionlar Liqası: "Arsenal" "Bayern"ə, "Real Madrid" "Man.Siti"ə qarşı


Çempionlar Liqası: "Arsenal" "Bayern"ə, "Real Madrid" "Man.Siti"ə qarşı

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək.

90deqiqe.az xəbər verir ki, ilk oyun gününə 2 qarşılaşma nəzərdə tutulub.

“Arsenal” Londonda “Bayern Münhen”i qəbul edəcək. Londonlular bundan əvvəlki mərhlədə penalti seriyasında “Portu”nu üstələyərək 16 il sonra UEFA Çempionlar Liqasında 1/4 finala vəsiqə qazanıb. “Bayern Münhen” isə “Latsio”nu üstələyərək bu mərhələyə adlayıb. Komandaların milli çempionatlardakı vəziyyətlərinə gəldikdə, İngiltərə Premyer Liqasında lider olan “topçular” çempionluq uğrunda mübarizə aparır. Münhen təmsilçisi isə son turda xal itirməklə birincilik şansını möcüzələrə saxlayıb. İndiyə qədər bu kollektivlər arasında baş tutan 14 qarşılaşmadan 4-də “Arsenal”, 7-də isə Almaniya təmsilçisi sevinən tərəf olub. Bunu da qeyd edək ki, Londonluların heyətində Yurrien Timber zədə səbəbindən matçı buraxmalı olacaq. Tomas Tuxelin kollektivində isə itkilər daha çoxdur. Belə ki, Leroy Sane, Saşa Boey, Kinqsli Koman və Buna Sarr komandasına kömək edə bilməyəcəklər. Qeyd edək ki, saat 23-də start götürəcək oyunu İsveçli referi Qlen Nyuberq idarə edəcək.

Gecənin digər oyununda isə “Real Madrid” “Mançester Siti” ilə münasibətlərə aydınlıq gətirəcək. Madridlilər UEFA Çempionlar Liqasının 1/8 finalında “Leypsiq”i üstələyərək bu mərhələyə adlamışdı. “Şəhərlilər” isə “Kopenhagen”ə qalib gələrək 1/4-ə vəsiqəni təmin etmişdi. Komandaların yerli çempionatlardakı vəziyyətinə nəzər saldıqda “Real Madrid”in La Liqada ən yaxın rəqibi “Barselona”nı 8 xal qabaqlayır və liderdir. Pep Qvardiolanın yetirmələri isə Permyer Liqada 3-cü pillədə qərarlaşıblar və liderlərdən yalnız 1 xal geri qalırlar. Bunu da qeyd etmək lazımdır ki, kollektivlər indiyə kimi 12 dəfə üz-üzə gəliblər. Bu oyunlardan 4-də “Kral klubu”, 5-də isə İngiltərə təmsilçisi qələbə qazanıb. Komandaların itkilərinə gəldikdə, Karlo Ancelotti bu oyunda David Alaba və Tibo Kurtuanın xidmətindən yararlana bilməyəcək. Mançester təmsilçisində isə Natan Ake və Kayl Uolker zədə səbəbiylə matçda iştirak edə bilməyəcəklər.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”