26 mart 2026. Cümə axşamı

Mikel Arteta: "Mən Tomas Tuxelin böyük fanatıyam"


Mikel Arteta: "Mən Tomas Tuxelin böyük fanatıyam"

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək. İlk oyun gününə 2 qarşılaşma nəzərdə tutulub. “Bayern Münhen” Londonda “Arsenal”ın qonağı olacaq.

90deqiqe.Az xəbər verir ki, görüşdən öncə baş tutan mətbuat konfransında "Arsenal" klubun çalışdırıcısı Mikel Arteta gözləntilərini bölüşüb.

“Bura bizim olmaq istədiyimiz yerdir və biz Premyer Liqada yaxşı vəziyyətdəyik. Çempionlar Liqasında da maksimum irəliləmək istəyirik. Qarşımızda Avropanın ən uğurlu komandalarından biri var. Mən Tomas Tuxelin böyük fanatıyam. Onun komandaları, qurduqları yol, oyun tərzi haqqında çox şey öyrənmişəm. Görüşə isə çox yaxşı hazırlaşmışıq. 14 ildir ki, bu mərhələdən uzaqdaydıq. Hazırda sadəcə yarımfinala adlamaq haqqında düşünürük”.

Qeyd edək ki, saat 23-də start götürəcək oyunu İsveçli referi Qlen Nyuberq idarə edəcək.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"