5 dekabr 2025. Cümə

Enrike Mbappe haqqında danışmaqdan imtina etdi


Enrike Mbappe haqqında danışmaqdan imtina etdi

PSJ-nin baş məşqçisi Luis Enrike hücumçu Kilian Mbappe ilə bağlı suala cavab verməkdən imtina edib.

90deqiqe.Az xəbər verir ki, ispan çalışdırıcı yalnız fransız forvard haqqında deyil, bütövlükdə komanda haqqında danışmaq istədiyini bildirib.

“Mbappe? Siz mənə bir oyunçu haqqında sual verirsiniz, mən isə komanda haqqında danışmaq istəyirəm. Vəziyyətimiz yaxşıdır, əhvalımız yaxşıdır. Komanda üçün çox yaxşı vaxtda Çempionlar Liqasının 1/4 finalına yaxınlaşırıq”

Aprelin 10-da PSJ Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununu "Barselona" ilə keçirəcək. Mbappe 2018-ci ildən parislilərin heyətində çıxış edir. Onun klubla müqaviləsi 2024-cü ilə qədərdir. Bu mövsüm fransalı hücumçu 40 matçda iştirak edib, 39 qol vurub və 9 məhsuldar ötürmə edib.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”