8 sentyabr 2024. Bazar günü

Pep Qvardiola: "“Real Madrid”i eyni şəkildə iki dəfə məğlub etmək mümkünsüzdür"


Pep Qvardiola: "“Real Madrid”i eyni şəkildə iki dəfə məğlub etmək mümkünsüzdür"

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilir.

90deqiqe.az xəbər verir ki, günün əsas matçlarından biri də "Real Madrid" - "Mançester Siti" qarşılaşmasıdır. Görüşdən öncə qonaq komandanın baş məşqçisi Pep Qvardiola matçla bağlı gözləntilərini bölüşüb. 

"“Real Madrid”i eyni şəkildə iki dəfə məğlub etmək demək olar ki, mümkün deyil. Bu yarışda onları bir dəfə məğlub etmək çətindir, ona görə də ardıcıl ikisini təsəvvür etmək belə ağlasığmazdır. Ötən mövsümün qısasını almağa çalışacaqlar və indi heyətləri də olduqca güclüdür. Nəzərə almaq lazımdır ki, Cud Bellinqem kimi oyunçuları var və onda olan lider ruhu ilə hər nəticəni əldə edə bilərlər. Bu gün qeydə alınacaq nəticədən asılı olmayaraq “Etihad”da daha üstün oynayacayıq. Səfər matçları hər zaman qəliz keçir amma ən yaxşı ssenarini yazmağa çalışacayıq”.

Qeyd edək ki, "Real Madrid" - "Mançester Siti" Bakı vaxtı ilə saat 23:00da "Santiaqo Bernabeu"da keçiriləcək 







Çempionlar liqası

ÇL: Pley-offun cavab oyunları başlayır
  • Çempionlar liqası
  • 10:20 27.08.2024
ÇL: Pley-offun cavab oyunları başlayır
UEFA Çempionlar Liqasının himni yenilənib
  • Çempionlar liqası
  • 09:29 21.08.2024
UEFA Çempionlar Liqasının himni yenilənib