30 iyun 2026. Çərşənbə axşamı

Çempionlar Liqası: “Atletiko” ev, “Barselona” səfərdə


Çempionlar Liqası: “Atletiko” ev, “Barselona” səfərdə

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində bu gün daha iki oyun keçiriləcək.

90deqiqe.az xəbər verir ki, günün qarşılaşmaları Madrid və Parisdə baş tutacaq.

“Atletiko” doğma arenada Dortmund “Borussiya”sını qəbul edəcək. Digər görüşdə “Barselona” PSJ-nin qonağı olacaq.

Bu cütlərdə cavab matçları aprelin 16-da keçiriləcək.

Qeyd edək ki, dünən baş tutan mərhələnin ilk iki oyununda “Real Madrid” (İspaniya) “Mançester Siti” (İngiltərə) ilə 3:3, “Arsenal” (İngiltərə) isə “Bavariya” (Almaniya) ilə 2:2 hesablı heç-heçə edib.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu