5 dekabr 2025. Cümə

PSJ 2024-cü ildə ilk məğlubiyyətini aldı


PSJ  2024-cü ildə ilk məğlubiyyətini aldı

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda PSJ evdə “Barselona”ya uduzub. (2:3)

90deqiqe.Az xəbər verir ki, bununla da parislilər 2024-cü il təqvim ilində ilk dəfə məğlubiyyətə üzülüblər.

2024-cü ilin əvvəlindən PSJ 19 oyun keçirib ki, bunun da 14-də qalib gəlib.“Barselona” ilə matç Fransa yığması üçün bu il 20-ci olub.

Fransa çempionatında PSJ 28 matçda 63 xal toplayıb və turnir cədvəlində birinci yerdədir. Paris klubu titulunu qorumağa yaxındır: Liqa 1-in bitməsinə 6 tur qalmış parislilər ən yaxın izləyicisi "Brest"dən 10 xal öndədir. Mövsümün sonunda PSJ-ni də Fransa kubokunun final matçı gözləyir və komanda mayın 25-də “Lion”la qarşılaşacaq.

Çempionlar Liqasının 1/8 finalında PSJ "Real Sosyedad"ı iki görüşdə (2:0, 2:1) məğlub edib. “Barselona” ilə cavab oyunu aprelin 16-da keçiriləcək.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”