30 iyun 2026. Çərşənbə axşamı

Alleqri “Yuventus”dakı gələcəyinin nədən asılı olduğunu açıqlayıb


Alleqri “Yuventus”dakı gələcəyinin nədən asılı olduğunu açıqlayıb

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri gələcəyi ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, mütəxəssis aydın şəkildə bildirib ki, onun gələcəyi komandanın Çempionlar Liqasına düşüb-düşməməsindən asılıdır.

“Əsas diqqət Çempionlar Liqasına vəsiqə qazanmaqdır. Onda klub olaraq ən yaxşı qərarı “Yuventus” verəcək”,

Bundan əvvəl mətbuatda Alleqrinin yayda çox güman ki, qovulacağı ilə bağlı məlumatlar yayılmışdı. Hazırda "Bolonya"da özünü yaxşı tərəfdən göstərən Tiaqo Mottanın “qoca sinyora”nı qəbul edə biləcəyi ilə bağlı söz-söhbətlər var.







Çempionlar liqası

PSJ Çempionlar Liqasının qalibi oldu
  • Çempionlar liqası
  • 23:06 30.05.2026
PSJ Çempionlar Liqasının qalibi oldu