27 iyul 2024. Şənbə

Çempionlar Liqası: "Barselona" - PSJ, "B.Dortmund" - "Atletiko"a qarşı


Çempionlar Liqası: "Barselona" - PSJ, "B.Dortmund" - "Atletiko"a qarşı

Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start verilir.

Mərhələnin maraqla gözlənilən oyunlarından biri İspaniyada keçiriləcək. Burada “Barselona” PSJ ilə qarşılaşacaq. Tərəflər arasında Parisdə oynanılan ilk matç Kataloniya klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, komandalar arasında 15-ci duel olacaq. 6 matç “kataloniyalılar”ın xeyrinə bitibsə, 4 görüşdə paytaxt təmsilçisi qələbəni bayram edib. Fransalıların qalib gəldiyi sayda da heç-heçə qeydə alınıb. Xavinin kollektivi bütün turnirlər daxil olmaqla 6 oyundur meydandan qalib ayrılır. Onların son məğlubiyyəti yanvar ayının 27-də La Liqanın 22-ci turunda oynanılan “Vilyarreal”la matça təsadüf edir. “Blauqrana”da ilk görüşün qəhrəmanlarından Andreas Kristensen və Serxio Roberto sarı vərəqə cəzalısı, Alexandro Balde ilə Qavi isə zədəlidir. PSJ-də Luis Enrike qolkiper Serjiu Riko, Lavin Kurzava və Presnel Kimpembenin xidmətindən yararlana bilməyəcək. Matçda Rumıniyalı baş hakim İtsvan Kovaçın ədaləti qoruyacaq

Paralel keçirilən oyunda “Atletiko Madrid” “Borussiya Dortmund”un qonağı olacaq. “Metropolitano” stadionunda oynanılan ilk görüşü “ağ-qırmızlar”ın 2:1 hesablı qələbəsi ilə nəticələnib. Bu matçda komandalar 6-cı dəfə üz-üzə gələcək. Buna qədər Madrid klubunun aktivində 3, almanların isə 2 qələbə var. Heyətlərə nəzər yetirdikdə isə “sarı-qaralar” Samuel Bamba, Rami Bensebaini və ilk matçda komandasının yeganə qolunun müəllifi olan Sebastien Allenin xidmətindən məhrum olacaq. Ceydon Sanço və Ceymi Baynou-Gittensin meydana çıxması isə sual altındadır. Qonaqlarda isə Vitolo, Memfis Depay zədə səbəbindən matçı buraxmalı olacaqlar. Həmçinin ilk qarşılaşmada “Atletiko”nun ikinci qoluna imza atan Samuel Lino da cəzalı durumda olduğundan görüşü azarkeş qismində izləməli olacaq. Toma Lemar və Saul Nigezin oynayıb-oynamayacağı isə dəqiq deyil. “Siqnal İduna Park” stadionunda keçiriləcək qarşılaşmanın start fitini sloveniyalı Slavko Vinçiç səsləndirəcək.

Qeyd edək ki, hər iki oyunun başlama vaxtı saat 23-ə təyin edilib.







Çempionlar liqası

"Neftçi"nin ÇL-dakı rəqibləri bilindi
  • Çempionlar liqası
  • 15:46 05.07.2024
"Neftçi"nin ÇL-dakı rəqibləri bilindi
ÇL: "Qarabağ"ın rəqibi bəlli oldu
  • Çempionlar liqası
  • 14:20 19.06.2024
ÇL: "Qarabağ"ın rəqibi bəlli oldu