1 fevral 2026. Bazar günü

“Yarımfinalın olub-olmayacağı barədə düşünmürük” - Vitsel


“Yarımfinalın olub-olmayacağı barədə düşünmürük” - Vitsel

"Atletiko Madrid"in yarımmüdafiəçisi Aksel Vitsel Dortmund "Borussiya"sı ilə Çempionlar Liqasının 1/4 final cavab oyunu haqda danışıb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli futbolçu ilk oyunda olduğu kimi cavab görüşündə də intensivliyi göstərməli olduqlarını bildirib.

“Bugünkü matç haqqında düşünürəm, biz matçdan matça keçirik, bu, ən vacib şeydir. Yarımfinalın olub-olmayacağı barədə düşünmürük. İrəliləmək üçün gözəl oyun oynamalıyıq.

İlk yarıda olduğu kimi evdəki kimi intensivliyi göstərməliyik. Bu həlledici olacaq. Onlar güclü başlayacaqlar, biz bu intensivliyi göstərməliyik”

İlk oyun “Atletiko”nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.Cavab oyunu bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq "Siqnal İduna Park" stadionunda keçiriləcək.

1/8 finalda "Atletiko" "İnter"ə qalib gəlib (2:2, penaltilər seriyasında 3:2).







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”