3 may 2026. Bazar günü

Xavi: "Onların asanlıqla təslim olacağına inanmıram"


Xavi: "Onların asanlıqla təslim olacağına inanmıram"

UEFA Çempionlar Liqasında gecənin mərkəzi qarşılaşması şübhəsiz İspaniyada oynanılacaq.

90deqiqe.az görüşdən əvvəl hər iki komandanın baş məşqçisinin iştirakı ilə mətbuat konfransı təşkil edilib. 

Kataloniya klubun baş məşqçisi Xavi Ernandes qarşılaşma öncəsi fikirlərini bölüşüb. O, komandasının təslim olmayacağını və final fitinə qədər yarımfinal üçün mübarizə aparacığını qeyd edib:

“Ümid edirəm biz qarşıdakı matçda ən yaxşı oynumuzu göstərib, yarımfinala yüksələcəyik. biz hər şeyin ən yaxşısını etməliyik. cavab matçının birinci oyuna çox oxşayacağını  fikirləşirəm. çətin oyun alınacaq, hətta deyərdim ki, futbol müharibəsi olacaq. Təbii ki, bizim üçün çətin anlar olacaq, çünki bu, çempionlar liqasıdır və rəqib PSJ-dir. Onların asanlıqla təslim olacağına inanmıram, elə biz də!”

Qeyd edək ki, rumıniyalı baş hakim İtsvan Kovaçın idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 23-də başlayacaq. 







Çempionlar liqası

Alvares Messini geridə qoydu
  • Çempionlar liqası
  • 01:09 30.04.2026
Alvares Messini geridə qoydu
Şevalye “Bavariya” ilə oyunu buraxacaq
  • Çempionlar liqası
  • 22:24 29.04.2026
Şevalye “Bavariya” ilə oyunu buraxacaq
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat aldı
  • Çempionlar liqası
  • 15:51 29.04.2026
Könül Mehdiyeva UEFA-dan növbəti təyinat aldı