1 fevral 2026. Bazar günü

Bu gün Çempionlar Liqasında son yarımfinalçılar məlum olur


Bu gün Çempionlar Liqasında son yarımfinalçılar məlum olur

Bu gün UEFA Çempionlar Liqasında son yarımfinalçılar məlum olur 

90deqiqe.az xəbər verir ki, günün mərkəzi matçı İngiltərədə keçiriləcək. Burada turnirin son qalibi “Mançester Siti” “Real Madrid”lə münasibətlərə aydınlıq gətirəcək. Tərəflər arasında keçirilən ilk görüş 3:3 hesablı bərabərliklə yekunlaşıb. Komandalar son iki mövsümdə qitənin 1 nömrəli turnirində bir-birlərinə rəqib olublar, həmin oyunlardan birində “Los-Blankos”, digərində isə “şəhərlilər” mərhələ adlayan tərəf olub. Onu da qeyd edək ki, Madrid klubu “Mançester Siti”ni səfərdə 1 dəfə məğlub edib ki, bu da 2014-cü il Beynəlxalq Çempionlar Kubokuna təsadüf edib. Komandalar indiyədək 13 dəfə üz-üzə gəliblər ki, bunların 5-i Dumanlı Albion təmsilçisinin, 4-ü isə kral klubunun qələbəsi ilə yekunlaşıb. 4 matç isə sülhlə nəticələnib. Madridlilərin UEFA Çempionlar Liqası çərçivəsində “Mançester Siti”ni səfərdə məğlub etməmələrini nəzərə alsaq, mərhələ adlamaq uğrunda Karlo Ançelottinin komandasını kifayət qədər prinsipial oyun gözləyir. Ev sahiblərinin heyətində cəzalı və zədəli yoxdur. Qonaqlara gəldikdə, David Alaba və Tibo Kurtua zədə, Orelyan Çuameni isə cəzalı olduğu üçün bu matçda forma şansı əldə edə bilməyəcəklər. “Etihad” stadionunda keçiriləcək oyununda ədaləti italiyalı Daniel Orsato qoruyacaq.

Paralel keçiriləcək digər görüş “Allianz Arena”da oynanılacaq. Burada turnirin iddialı komandalarından “Bayern Münhen” ilə 14 il sonra qitənin 1 nömrəli klub turnirinin ilk səkkizliyinə qalan “Arsenal”la qarşılaşacaq. İngiltərədə oynanılan ilk görüşdə 2:2 hesablı heç-heçə qeydə alınıb. Bu, komandalar arasında 16-cı duel olacaq. İndiyə qədər keçirilən matçların 7-də “bavariyalılar”, 5-də isə “topçular” qələbə sevinci yaşayıblar. 3 oyunda isə qalib müəyyənləşməyib. UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununa qədər komandalar arasında keçirilən son iki matç “Arsenal”ın üstünlüyü ilə bitib. Kollektivlərin qitənin 1 nömrəli klub turnirində bundan öncəki son dueli 2016-2017-ci illər mövsümünə təsadüf edib. Həmin vaxt 1/8 final mərhələsində keçirilən hər iki qarşılaşma Almaniya nəhənginin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ev sahiblərinin heyətində itkilər çoxdur. Belə ki, qış transfer dönəmində komandaya qoşulan Saşa Boey, Serj Qnabry, Buna Sarr, Kinqsli Koman, Tarek Buxmann və Qabriel Maruşiç zədə səbəbindən, Alfonso Deyvis isə sarı vərəqə cəzalısı olduğu üçün komandasına kömək edə bilməyəcəklər. Münhenlilərin əsas qol ümidi Leroy Saneninsə matçda iştirakı sual altındadır. London klubunun heyətində yeganə itki Jurrien Timberin adı ilə bağlıdır. Almaniya və İngiltərə nəhənglərinin üz-üzə gələcəyi matçın idarəçiliyi Niderlandlı Deni Makkelieyə tapşırılıb.

 

Qeyd edək ki, hər iki matçın start fiti Bakı vaxtilə saat 23-də səsləndiriləcək.







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”