- Çempionlar liqası
- 15:50 05.10.2024
Çempionlar Liqasının 1/2 final mərhələsinin ilk cütü müəyyənləşib.
90deqiqe.Az xəbər verir ki, Dortmund “Borussiya”sı Fransanın PSJ klubu ilə qarşılaşacaq.
Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları aprelin 30-da və mayın 1-də, cavab görüşləri isə 7 və 8-də keçiriləcək.
Çempionlar Liqasının 1/4 final mərhələsinin “Barselona” – “PSJ” və “Borussiya D” – “Atletiko Madrid” cavab görüşləri səfərdə 4:1 hesabı ilə qalib gəlib. Parisdə keçirilən ilk oyunda PSJ 2:3 hesabı ilə məğlub olsa da, ümumi hesabda (6:4) yarımfinala yüksəlib. "Borussiya" doğma meydanda "Atletiko"nu 4:2 hesabı ilə məğlub edib. İlk görüşdə Almaniya klubu səfərdə 1:2 hesabı ilə uduzsa da, ümumi hesabda daha güclü olub - 5:4.
Bu gün "Mançester Siti" - "Real Madrid" və "Bavariya" - "Arsenal" matçları keçiriləcək.