26 mart 2026. Cümə axşamı

"Bu turnirdə rəqabət çox yüksəkdir" - Tuxel


"Bu turnirdə rəqabət çox yüksəkdir" - Tuxel

“Bavariya”nın baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının 1/4 final mərhələsinin “Arsenal”la cavab matçı (2:2 ilk oyun) öncəsi açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə,  alman çalışdırıcı “Arsenal” üzərində rekordçu üstünlüklərin olduğunu bildirib.

“Bizə ilk oyundakı kimi ehtiras və eyni taktiki intizam lazımdır. Bu matçda qələbə qazanmaq istəyirik. İlk oyundakı kimi atmosferə ümid edirik. Xüsusilə zədə vəziyyətimizlə bağlı hər bir azarkeşin bizi dəstəkləməsi və itələməsi son dərəcə vacibdir. “Arsenal”ı məğlub etmək üçün bizə əlavə faiz lazımdır.

Bu yarışmadakı təcrübəmizə nəzər saldıqda bir az üstünlüyümüz var. Amma bunu həlledici üstünlüyə çevirmək üçün yüksək səviyyədə oynamaq lazımdır. Bu möhtəşəm yarışda növbəti böyük addımı atmaq üçün bir matçda qalib gəlməliyik. Təcrübə bizə əlavə beş faiz verirsə, xoşbəxt olacağıq. Bu turnirdə rəqabət çox yüksəkdir”

"Bavariya" - "Arsenal" oyunu aprelin 17-də keçiriləcək.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"