5 dekabr 2025. Cümə

Çempionlar Liqasında yarımfinalçılar bəlli oldu - YENİLƏNİB


Çempionlar Liqasında yarımfinalçılar bəlli oldu  - YENİLƏNİB

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Almaniyanın “Bavariya” klubu “Allianz Arena”da İngiltərənin “Arsenal” klubunu qəbul edib. Matçı Denni Makkelinin (Hollandiya) rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Görüşdə meydan sahibləri 1:0 (ümumilikdə 3:2) hesabı ilə qalib gəlib.

Aprelin 9-da Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda komandalar 2:2 hesabı ilə bərabərə qalıblar. "Arsenal"ın qollarını Bukayo Saka və Leandro Trossard vurub. "Bavariya"nın qollarını Serj Qnabri və Harri Keyn vurub.

Digər görüşdə "Mançester Siti" doğma meydanda "Real Madrid"i qəbul edib. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatdığından əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda tərəflər fərqlənə bilməyib və qalib penaltilər seriyasında müəyyənləşib. Burda daha dəqiq olan "Real Madrid" klubu (ümumilikdə 4:3) yarımfinalda "Bavariya"nın rəqibi olub.

Beləliklə, yarımfinalda "Borussiya Dortmund" - PSJ və "Bavariya" - "Real Madrid" komandaları üz-üzə gələcək.

Yarımfinal oyunları 30 aprel-1 may və 7-8 may tarixlərində keçiriləcək.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”