5 dekabr 2025. Cümə

"Arsenal" 2015-ci ildən bəri "Bavariya"nı məğlub edə bilmir


"Arsenal" 2015-ci ildən bəri "Bavariya"nı məğlub edə bilmir

Almaniyanın “Bavariya” və İngiltərənin “Arsenal” klubları arasında Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, adıçəkilən komandalar Münhendəki (Almaniya) “Allianz Arena”da qarşılaşıblar. Matçı Denni Makkelinin (Hollandiya) rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Görüşdə meydan sahibləri 1:0 (ümumilikdə 3:2) hesabı ilə qalib gəlib. Belə ki, London klubu 2015-ci ildən Münhenə qalib gələ bilmir.

“Arsenal” sonuncu dəfə 2015/2016 Çempionlar Liqasının qrup mərhələsində 20 noyabr 2015-ci ildə “Bavariya”nı məğlub edib. Daha sonra qarşılaşma 2:0 hesabı ilə başa çatıb. Qolları Olivye Jiru və Məsut Özil vurub.

Aprelin 9-da Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda komandalar 2:2 hesabı ilə bərabərə qalıblar. "Arsenal"ın qollarını Bukayo Saka və Leandro Trossard vurub. "Bavariya"nın qollarını Serj Qnabri və Harri Keyn vurub.

İki oyunun nəticəsinə əsasən, "Bavariya" Çempionlar Liqasının 1/2 finalına yüksəlir və burada "Mançester Siti" - "Real Madrid" cütlüyünün qalibi ilə qarşılaşacaq.







Çempionlar liqası

Çempionlar Liqasında favoritlər açıqlanıb
  • Çempionlar liqası
  • 22:50 27.11.2025
Çempionlar Liqasında favoritlər açıqlanıb
“Nyukasl” UEFA-ya şikayət edəcək
  • Çempionlar liqası
  • 21:38 27.11.2025
“Nyukasl” UEFA-ya şikayət edəcək
ÇL-də həftənin oyunçusu bəlli oldu
  • Çempionlar liqası
  • 20:34 27.11.2025
ÇL-də həftənin oyunçusu bəlli oldu
“Bu, lazım olmayan risk idi”
  • Çempionlar liqası
  • 13:47 27.11.2025
“Bu, lazım olmayan risk idi”