26 mart 2026. Cümə axşamı

"Real" "Siti"ni məğlub edərək rekordunu yeniləyib


"Real" "Siti"ni məğlub edərək rekordunu yeniləyib

Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Real Madrid" "Mançester Siti"ni məğlub edib. Oyun vaxtı 1:1 hesabı ilə heç-heçə başa çatıb, penaltilər seriyasında isə “kral” klubunun futbolçuları daha dəqiq olub – 4:3.

90deqiqe.Az-ın "Opta"ya istinadən məlumatına görə, ispan nəhəngləri turnirin hazırkı çempionunu altıncı dəfə nokaut edib. Beləliklə, Los Blancos öz rekordunu yeniləyib.

Karlo Ançelottinin yetirmələri Çempionlar Liqasının yarımfinalında "Bavariya" ilə qarşılaşacaq. 1/4 final mərhələsində İngiltərənin top-klubunu ümumi 3:2 hesabı ilə məğlub edən Almaniya komandası London “Arsenal”ından güclü olub.







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"