1 fevral 2026. Bazar günü

Karlo Ançelotti: "Futbolçular çox sakit idi"


Karlo Ançelotti: "Futbolçular çox sakit idi"

UEFA Çempionlar Liqasında ¼ final mərhələsinə yekun vurulub. Son oyun günü daha 2 yarımfinalçı müəyyənləşib. “Bayern Münhen” doğma meydanda “Arsenal”ı mübarizədən kənarlaşdırıb. Gecənin və mərhələnin mərkəzi görüşü isə İngiltərədə oynanılıb. Turnirin son çempionu “Mançester Siti” “Real Madrid”lə qarşılaşıb. Penalti seriyasına qədər uzanan matçdan qalib ayrılan “kral klubu” adını yarımfinal mərhələsinə yazdırıb.

Görüşdən sonra keçirilən mətbuat konfransında "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti penaltilər seriyasında oyunçularının çox sakit olduqlarını diqqətə çatdırıb:

"Xeyr,"Çelsi" oyunundan çox deyil, yox, çünki burada həmişə pley-off mərhələsi olub, biz həmişə uzun müddət üstünlüyə malik olmuşuq. "Siti" oyunu bərabərləşdirəndə siz bir az daha əziyyət çəkdiniz. Düşünürəm ki,  sistemi dəyişəndə  bir az arxa xətti stabilləşdirdik.  Penaltilər lotoreya oyunudur, amma həqiqət budur ki, mən özümə çox güvənirdim. Futbolçular çox sakit idi".

Qeyd edək ki, "Real Madrid" yarımfinalda "Bayern Münhen"ə rəqib olub







Çempionlar liqası

“PSJ ilə oynamaq daha maraqlıdır”
  • Çempionlar liqası
  • 22:08 29.01.2026
“PSJ ilə oynamaq daha maraqlıdır”