26 mart 2026. Cümə axşamı

Qarabağ'ın potensial rəqibləri bilindi


Qarabağ'ın potensial rəqibləri bilindi

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Corner.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə ölkəmizin ÇL-dakı  təmsilçisi “Qarabağ”ın 3-cü mərhələdəki potensial rəqibləri müəyyənləşib.

2-ci təsnifat mərhələsində İrlandiya “Dundalk”ı ilə qarşılaşacaq Ağdam təmsilçisi hazırkı rəqibini keçərsə, 3-cü mərhələdə APOEL (Nikosiya, Kipr) - “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. Qurban Qurbanovun komandası 2-ci mərhələni adlayarsa, 3-cü mərhələdəki ilk oyununu səfərdə keçirəcək.


Qeyd edək ki, 3-cü təsnifat mərhələsində ilk oyunlar avqustun 6-7-də, cavab matçları isə 13-də keçiriləcək.


Çempionlar Liqası, III təsnifat mərhələsi

APOEL (Nikosiya, Kipr) - “Sutyeska” (Monteneqro) / “Dundalk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan)







Çempionlar liqası

"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
  • Çempionlar liqası
  • 23:48 20.03.2026
"Kurtua dünyanın ən yaxşı qapıçısıdır"
“Barselona” Avropanı qorxuya saldı"
  • Çempionlar liqası
  • 12:29 20.03.2026
“Barselona” Avropanı qorxuya saldı"