23 oktyabr 2024. Çərşənbə

ÇL-da 3-cü təsnifat mərhələsinin püşkü atıldı


ÇL-da 3-cü təsnifat mərhələsinin püşkü atıldı

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

Corner.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 2-ci təsnifat mərhələsinin 12 cütü və mübarizəyə birbaşa qoşulacaq 8 klub iştirak edib.

Bundan başqa, ölkəsində çempion olmayan klublar da Çempionlar Liqasında rəqiblərini tanıyıblar.

Xatırladaq ki, “Qarabağ”ın da 3-cü mərhələdəki potensial rəqibləri məlum olub.Ağdam təmsilçisi hazırkı rəqibini keçərsə, 3-cü mərhələdə APOEL (Nikosiya, Kipr) - “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq.

Çempionlar Liqası

III təsnifat mərhələsi

Çempionlar yolu

ÇFR (Kluj, Rumıniya)/“Makkabi” (Təl-Əviv, İsrail) cütünün qalibi - "Seltik" (Şotlandiya)/"Nomme Kalyu" (Estoniya) cütünün qalibi

"Sutyeska" (Monteneqro)/APOEL (Kipr) cütünün qalibi - "Dandolk" (İrlandiya)/"Qarabağ" (Azərbaycan) cütünün qalibi

PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya)

"Saburtalo" (Gürcüstan)/”Dinamo” (Xorvatiya) cütünün qalibi - "Ferensvaroş" (Macarstan)/"Valletta" (Malta) cütünün qalibi

"Srvena Zvezda" (Serbiya)/HİK (Finlandiya) cütünün qalibi - TNS (Uels)/“Kopenhagen” (Danimarka) cütünün qalibi

"Maribor" (Sloveniya)/AIK (İsveç) cütünün qalibi - BATE (Belarus)/"Rusenborq" (Norveç) cütünün qalibi

 

Liqa yolu

“Başakşəhər” (Türkiyə) - “Viktoriya” (Çexiya)/“Olimpiakos” (Yunanıstan) cütünün qalibi

“Krasnodar” (Rusiya) - “Portu” (Portuqaliya)

“Brügge” (Belçika) - “Dinamo” (Kiyev, Ukrayna)

PSV (Hollandiya)/“Bazel” (İsveçrə) cütünün qalibi - LASK (Avstriya)

Qeyd edək ki, 3-cü təsnifat mərhələsində ilk oyunlar avqustun 6-7-də, cavab matçları isə 13-də keçiriləcək.







Çempionlar liqası

Olmo "Bavariya"ya qarşı oynamaya bilər
  • Çempionlar liqası
  • 10:29 22.10.2024
Olmo "Bavariya"ya qarşı oynamaya bilər
Neymar yaşıl meydanlara qayıdır
  • Çempionlar liqası
  • 20:08 14.10.2024
Neymar yaşıl meydanlara qayıdır
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
  • Çempionlar liqası
  • 15:50 05.10.2024
"Aston Villa" azarkeşi olmaqdan qürur duyuram"
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
  • Çempionlar liqası
  • 22:19 03.10.2024
ÇL-da həftənin ən yaxşı oyunçusu bilindi
“Bu, bizim üçün yaxşı nəticədir"
  • Çempionlar liqası
  • 11:24 03.10.2024
“Bu, bizim üçün yaxşı nəticədir"