9 may 2024. Cümə axşamı

Kunde Gündoğan və Arauxo ilə bağlı vəziyyətdən danışıb


Kunde Gündoğan və Arauxo ilə bağlı vəziyyətdən danışıb

"Barselona"nın müdafiəçisi Jül Kounde Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə cavab oyunundan (1:4) sonra komanda yoldaşları Ronald Arauxo və İlkay Gündoğan arasında yaranan münaqişədən danışıb.

90deqiqe.Az xəbər verir ki, fransız futbolçu sözügedən futbolçular arasında anlaşılmazlıq olduğunu bildirib.

“Soyunub-geyinmə otağında hər şey sakitdir. Hamımız bir-birimizlə ən vacib olanı danışdıq və məsələ bağlandı. Düşünürəm ki, Gündoğan Ronaldı günahlandırmaq istəmədi və məncə Araujo başa düşdü ki, münaqişə yoxdur. Biz həmişə bir yerdə olacağıq – həm məğlubiyyətdə, həm də qələbədə”, – Kunde deyib.

Xatırladaq ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ - "Barselona" cavab oyunu aprelin 16-da baş tutub. Oyun 4:1 hesabı ilə Fransa klubunun xeyrinə başa çatıb. 29-cu dəqiqədə “Barselona”nın müdafiəçisi Arauxo son variantda kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb. Oyundan sonra Gündoğan açıq şəkildə Ronaldın qərarını tənqid edib, buna görə mavi qranatlar ümumi olaraq Çempionlar Liqasının yarımfinalına çıxa bilməyib.







Çempionlar liqası

ÇL: "Borussiya"nın finaldakı rəqibi "Real" oldu
  • Çempionlar liqası
  • 01:04 09.05.2024
ÇL: "Borussiya"nın finaldakı rəqibi "Real" oldu
"Xəyalımız hələ bitməyib!" - Edin Terziç
  • Çempionlar liqası
  • 10:03 08.05.2024
"Xəyalımız hələ bitməyib!" - Edin Terziç
Çempionlar Liqasında ilk finalçı bəlli oldu
  • Çempionlar liqası
  • 00:52 08.05.2024
Çempionlar Liqasında ilk finalçı bəlli oldu
Enrike Mbappedən nə gözlədiyini açıqladı
  • Çempionlar liqası
  • 19:33 06.05.2024
Enrike Mbappedən nə gözlədiyini açıqladı
"Real" çox təhlükəlidir, amma...
  • Çempionlar liqası
  • 16:34 06.05.2024
"Real" çox təhlükəlidir, amma...