9 may 2024. Cümə axşamı

Kanselo PSJ ilə matçdan sonra təhdidlər alıb


Kanselo PSJ ilə matçdan sonra təhdidlər alıb

"Barselona"nın sağ cinah müdafiəçisi Joao Kanselo Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ ilə cavab oyunundan (1:4) sonra çoxlu təhdidlər almağa başlayıb.

90deqiqe.Az-ın məlumatına görə, buna səbəb portuqaliyalı futbbolçunun sözügedən oyunda "mavi qranat"lara qarşı pozuntusundan sonra penalti təyin olunması olub. 

“Sosial şəbəkələrimdə bətnindəki qızımın ölümünü arzulayan şərhlər var. Təbii ki, problem yaşayacaqları üçün bunu üzümə deməyəcəklər, amma şərhlərdə istədiklərini deyirlər.

Həyat yoldaşımı, gələcək qızımı təhqir edirlər. Bu gün dünya ağırdır və siz onunla necə davranacağınızı bilməlisiniz. Uşağın ölməsini arzulamaq çox ciddi məsələdir. Qoy məni bir futbolçu kimi tənqid etsinlər, amma ailəm haqqında danışmasınlar. Qoy mənim haqqımda bir oyunçu kimi danışsınlar, amma insan kimi deyil”

Xatırladaq ki, Kanselo PSJ-nin cinah oyunçusu Usman Dembele üzərində cərimə meydançasında qayda pozmuşdu. Epizod matçın 59-cu dəqiqəsində baş verib.







Çempionlar liqası

ÇL: "Borussiya"nın finaldakı rəqibi "Real" oldu
  • Çempionlar liqası
  • 01:04 09.05.2024
ÇL: "Borussiya"nın finaldakı rəqibi "Real" oldu
"Xəyalımız hələ bitməyib!" - Edin Terziç
  • Çempionlar liqası
  • 10:03 08.05.2024
"Xəyalımız hələ bitməyib!" - Edin Terziç
Çempionlar Liqasında ilk finalçı bəlli oldu
  • Çempionlar liqası
  • 00:52 08.05.2024
Çempionlar Liqasında ilk finalçı bəlli oldu
Enrike Mbappedən nə gözlədiyini açıqladı
  • Çempionlar liqası
  • 19:33 06.05.2024
Enrike Mbappedən nə gözlədiyini açıqladı
"Real" çox təhlükəlidir, amma...
  • Çempionlar liqası
  • 16:34 06.05.2024
"Real" çox təhlükəlidir, amma...